AZ

“Bayer Leverkuzen” “Mançester Siti”nin futbolçusunu transfer etdi

“Mançester Siti” 19 yaşlı Fərid Alfa-Ruprexti “Bayer Leverkuzen”ə satıb.

Oxu.Az sports.ru-ya istinadən xəbər verir ki, Almaniyanın gənclərdən ibarət yığmasının cinah müdafiəçisi “şəhərlilər”in 21 yaşadək olan komandasında çıxış edib.

Transferin dəyəri bir milyon avrodan bir qədər çox olub. Müqaviləyə ciddi bonuslar da daxildir.

Bundan əlavə, “Siti” oyunçunun gələcək satışından 40% bonus əldə edəcək.

Alfa-Ruprext “Bayer”lə 30 iyun 2030-cu ilə qədər müqavilə imzalayıb.

Seçilən
20
editor.az

1Mənbələr