AZ

Hindistanda faciəvi hadisə baş verib

Bakı. Trend:

Hindistanın şimalındakı Uttar Pradeş ştatında yerləşən məbəddəbaş vermiş faciəvi hadisə nəticəsində azı 2 nəfər ölüb, 32 nəfərisə xəsarət alıb.

Trend-in PTIagentliyinə istinadla verdiyi məlumata görə, insident dini mərasimzamanı, dindarların ritual su təqdim etməsi üçün məbədətoplaşdıqları vaxt baş verib.

Bildirilir ki, meymunlar tərəfindən cırılmış açıq elektrikkabeli məbəd kompleksindəki qalay örtüyün üzərinə düşüb və elektrikcərəyanı bütün əraziyə yayılıb.

Hadisə nəticəsində məbəddə çaxnaşma və izdiham yaranıb.Qurbanlar arasında qadınlar və uşaqlar da var, bir neçə yaralınınvəziyyəti ağır qiymətləndirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, insidentinbaşvermə səbəbləri ilə bağlı araşdırma aparılır. Yerli hakimiyyətorqanları yaralılara tibbi yardım göstərilməsi üçün əlavəresursların səfərbər olunduğunu açıqlayıb.

Seçilən
32
az.trend.az

1Mənbələr