AZ

MOSKVA-PXENYAN HAVA REYSİ BƏRPA OLUNUB » AzadMedia.az

MOSKVA-PXENYAN


Rusiya ilə Şimali Koreya arasında birbaşa hava əlaqəsi bərpa olunub. İyulun 27-də Rusiyanın “Nordwind” aviaşirkətinə məxsus ilk müntəzəm reys Moskvanın Şeremetyevo hava limanından yola düşərək Pxenyana çatıb. Təyyarədə 400-dən çox sərnişin olub.

Rusiyanın Nəqliyyat Nazirliyinin məlumatına görə, bu reyslər hər ay bir dəfə həyata keçiriləcək. Sərnişinlər yeni hava əlaqəsini uzunmüddətli və çətin qatar səfərlərinə alternativ kimi qiymətləndirir. Qeyd edək ki, Moskva-Pxenyan qatar səfəri səkkiz gün çəkir və üç həftədə bir təşkil olunur.

Rusiyanın ətraf mühit naziri Aleksandr Kozlov bildirib ki, iki paytaxt arasında üçüncü ölkələrsiz, birbaşa əlaqənin qurulması strateji əhəmiyyət daşıyır.

Şimali Koreya pandemiya dövründə sərhədlərini bağlamışdı. İndi isə ölkə tədricən açılmağa başlayır. Pxenyan, iqtisadiyyatı canlandırmaq üçün turizmi inkişaf etdirmək niyyətindədir.

Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu ay Şimali Koreyanın yeni Vonsan-Kalma kurortuna səfər etmiş və rus turistlərin ora təşviq ediləcəyini bildirmişdi.

Yeni Moskva-Pxenyan hava xətti iki ölkə arasında artan siyasi, iqtisadi və hərbi əməkdaşlığın daha bir göstəricisi kimi qiymətləndirilir.

Seçilən
18
1
azadmedia.az

2Mənbələr