AZ

Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun 100 minlik tenderi baş tutmadı

“Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin liftlərin ehtiyat hissələrinin dəyişdirilməsi və texniki xidmətlə əlaqədar elan etdiyi tender baş tutmayıb.

 

Pravda.az-ın xəbərinə görə, səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.

 

Tenderin dəyəri 108 740 AZN olub.

 

Cabir

Tarix: 28 İyul 2025, 08:29   
Seçilən
34
pravda.az

1Mənbələr