AZ

Çin Pekində daşqın təhlükəsinə görə fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

Çinin Su Təsərrüfatları Nazirliyi Pekində daşqın təhlükəsi iləbağlı fövqəladə reaksiya rejimi tətbiq edib.

Trend-in Sinxuaagentliyinə istinadla verdiyi məlumata görə, iyulun 24-dən etibarənyağan güclü yağışlar paytaxtın şimal-şərqində yerləşən Miyun suanbarında suyun səviyyəsinin kəskin şəkildə artmasına səbəb olub.Bu, su anbarının 60 illik tarixində qeydə alınan ən yüksək su axınıilə müşayiət olunur.

Hazırda yerli hakimiyyət orqanlarına vəziyyətin monitorinqiningücləndirilməsi və su ilə bağlı təhlükələr barədə ictimaiyyətəoperativ şəkildə xəbərdarlıq edilməsi tapşırılıb.

Qeyd edək ki, daha əvvəl Pekin şəhərində güclü yağışların səbəbola biləcəyi torpaq sürüşməsi və digər geoloji hadisələrə görəmaksimum – “qırmızı” xəbərdarlıq səviyyəsi elan edilib. Hakimiyyətorqanları əhalini ehtiyatlı olmağa və təhlükəli ərazilərdən uzaqdurmağa çağırıb.

Seçilən
45
az.trend.az

1Mənbələr