ABŞ Avropadakı qoşunlarının sayını 30% azalda bilər.
Publika.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadla məlumat yayıb.
“Səmimi danışmaq üçün adının çəkilməsini istəməyən bir NATO rəsmisi “Politico”ya deyib ki, Avropada qoşunların sayının 30% azaldılması mümkündür”, – qəzet yazır.
Bundan əvvəl Bundestaqdakı Xristian Demokratlar Partiyasının (CDU/CSU) lideri Yens Spahn bildirmişdi ki, Amerika qoşunları “ən qısa müddətdə” Avropanı tərk edə bilər. Avropalıların qalacaqlarına zəmanəti yoxdur.
Bununla əlaqədar olaraq, Spahn Almaniya üçün “Amerika mühafizəsinin” təmin edilməsinin zəruriliyini bildirib.