Qadın voleybolçulardan ibarət komandaların Millətlər Liqasının qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə İtaliya ilə Braziliya üz-üzə gəlib. Polşanın Lodz şəhərindəki “Atlas Arena”da baş tutan final italyanların qələbəsiylə başa çatıb – 3:1.
İtaliya millisi ardıcıl ikinci, ümumilikdə isə üçüncü dəfə Millətlər Liqasını qazanıb.