Ukrayna qüvvələri ölkənin şimal-şərqindəki Xarkov vilayətində keçirilən əməliyyatlar zamanı Rusiyanın 83-cü motoatıcı alayının komandiri polkovnik Lebedevin öldürüldüyünü açıqlayıb.
Məlumata görə, hücum Xarkov vilayətinin Velykoburlutske bölgəsində Milove kəndi yaxınlığında baş verib. Hücum polkovnik Lebedevin bölgədəki Rusiya hücumlarına şəxsən komandanlıq etdiyi zaman baş verib.
Ukrayna hərbi rəsmiləri bildirirlər ki, yüksək rütbəli alay komandirinin sıradan çıxarılması rus qoşunlarının ərazidəki koordinasiyasını və əməliyyat effektivliyini zəiflədə bilər. Rusiya Quru Qoşunlarının 69-cu motoatıcı diviziyasına daxil olan 83-cü alay son hücum əməliyyatlarında fəal rol oynayıb.
Açıq mənbəli kəşfiyyat məlumatlarına görə, Ukrayna qoşunları son günlər Milove ətrafında aktiv əməliyyatlar aparır. Sərhəddə hərbi fəallığın artması müşahidə olunur və bölgədə tez-tez toqquşmaların baş verdiyi bildirilir.
Xatırladaq ki, mayın 28-də Mariupolda rusiyalı mayor Zaur Qurtziyev qumbaraatanla atəşə tutulub. Qurtziyev Rusiya işğalı zamanı raket hədəfləmə sistemlərinin hazırlanması ilə məşğul olub.
TAHİR