AZ

ABŞ Avropadakı qoşunlarının sayını 30% azalda bilər

BAKI, 28 iyul. TELEQRAF

Amerika Birləşmiş Ştatları (ABŞ) Avropadakı qoşunlarının sayını 30% azalda bilər.

Teleqraf xəbər verir ki, bu barədə mənbələrə istinadən “Politico” qəzeti yazıb.

"Açıq danışmaq üçün adının açqılanmasını istəməyən NATO rəsmisi “Politico” qəzetinə bildirib ki, Avropadakı qoşunların sayının 30% azaldılması mümkündür", - nəşrin məlumatında deyilir.

Daha əvvəl, Bundestaqdakı Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) fraksiyasının lideri Yens Şpan bildirmişdi ki, ABŞ qoşunları "ən qısa zamanda" Avropanı tərk edə bilər, avropalıların onların qalacağına dair heç bir zəmanəti yoxdur.

Seçilən
30
teleqraf.com

1Mənbələr