AZ

Rusiyada bir gecədə iki təyyarə qəzadan son anda QURTARDI

Rusiyada bir gecə ərzində iki ayrı təyyarə insidenti yaşanıb. Belə ki, Tümendən Moskvaya uçan təyyarəyə ildırım düşüb, “Embraer 190” tipli digər təyyarə isə Xəzər dənizi üzərində fövqəladə siqnal verib. Sonuncu təyyarə uğurla Mahaçqalada eniş edib. 

Bizim.Media xəbər verir ki, bu barədə aviasiya xidmətləri məlumat yayıb.
 

“Təyyarə Moskva vaxtı ilə saat 00:45-də Mahaçqalaya enib,” – deyə xidmət əməkdaşları “İnterfaks” agentliyinə bildiriblər. Qeyd olunur ki, bu təyyarə İjevskdən Mahaçqalaya uçurmuş.


Digər insident isə Tümendən Moskvaya uçan təyyarənin başına gəlib. Təyyarəyə uçuş zamanı ildırım düşüb.

Hadisə nəticəsində təyyarənin gövdəsində xırda zədələr, o cümlədən qaynaq nöqtələrinin əriməsi qeydə alınıb. Hazırda hava gəmisinin texniki vəziyyəti araşdırılır.

Bizim.Media

Seçilən
19
bizim.media

1Mənbələr