AZ

“Kremoneze” Emil Audero ilə gücləndi

“Kremoneze” 28 yaşlı indoneziyalı qapıçı Emil Auderonu “Komo”dan icarə müqaviləsi əsasında “pələnglər”in düşərgəsinə qatıb.

Arena.az bu barədə “Kremoneze”nin mətbuat xidmətinə istinadən məlumat verir.

İcarə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər müddətə nəzərdə tutulub.

Emil Audero “Yuventus”un məzunudur. Qapıçı, karyerası ərzində həmçinin “Venesiya” (icarə), “Sampdoriya”, “İnter” (icarə), “Komo” və “Palermo”da (icarə) çıxış edib.

Geridə qalmış mövsümdə Audero “Palermo” üçün 15 oyuna çıxıb, 21 qol “yeyib”, 3 oyundan “quru” qurtulub.

Emil Audero 2025-ci ilin iyun ayında debüt etdiyi İndoneziya yığmasının heyətində 2 oyuna 6 qol buraxıb, 1 oyunda qapısının toxunulmazlığını təmin edib.

Emil Audero 4 dəfə İtaliya A Seriyasının (“Yuventus”la 3, “İnter”lə 1 dəfə), “Yuventus”la İtaliya Kubokunun (2 dəfə) və “İnter”lə İtaliya Super Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı indoneziyalı qapıçının transfer dəyərini 3,2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
40
arena.az

1Mənbələr