AZ

ABŞ və Çin tarif fasiləsini daha 90 gün uzada bilər

Vaşinqton və Pekin tarif fasiləsini daha üç ay uzatmağa razılaşa bilər. Bunun iyulun 28-də Stokholmda keçiriləcək görüşdə baş tutacağı gözlənilir, bu barədə mənbələrə istinadən “South China Morning Post” (SCMP) yazıb.

Xatırladaq ki, mövcud saziş bu ilin may ayından qüvvədədir. Qəzetin mənbələri bildiriblər ki, ticarət danışıqlarının üçüncü raundu zamanı tərəflər ABŞ-nin Çində həddi aşan sənaye imkanları ilə bağlı narahatlığı kimi əsas mübahisəli məsələlərə dair fikirlərini açıqlayacaq, lakin “konkret irəliləyişlərə nail olmayacaq”.

Çin nümayəndə heyəti ABŞ prezidenti Donald Trampın ticarət komandasına Çindən fentanil qaçaqmalçılığı ilə bağlı rüsumlarla bağlı növbəti görüşdə “təzyiq” etməyə başlaya bilər. Həmsöhbətlərdən biri qəzetə bildirib ki, Pekin tarifləri “ədalətsiz” hesab edir, lakin əlavə rüsumlar ləğv olunarsa, bütün idxala 10% baza tarifi ilə razılaşa bilər.

Mayın 12-də ABŞ və Çin 90 gün müddətinə qarşılıqlı rüsumları azaltmaq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, Pekin Amerika mallarına tətbiq edilən tarifləri 125%-dən 10%-ə endirib. Vaşinqton Çin mallarına rüsumları 145%-dən 30%-ə azaldıb.

Ümumilikdə, Vaşinqton və Pekin arasında ticarət eskalasiyası bu ilin aprelində başlayıb.

Seçilən
22
banker.az

1Mənbələr