Yəmən üsyançıları: İstiqamətindən asılı olmayaraq, raket və dronlarımızın çata biləcəyi hər nöqtədə hücum edəcəyik...
Poliqon xəbər verir, Yəmənin husilər hərəkatı (Ansar Allah) dünya üzrə bütün gəmiçilik şirkətlərinə İsraillə istənilən əlaqəni kəsməyə çağırıb. Əks halda, bu şirkətlərin gəmilərinin hansı ölkəyə məxsus olmasından asılı olmayaraq hücuma məruz qalacağı bildirilib.
Şiə hərəkatının nümayəndəsi Yəhya Səriənin yaydığı açıqlamada qeyd olunur: “Onların gəmiləri, istiqamətindən asılı olmayaraq, raket və dronlarımızın çata biləcəyi hər nöqtədə hədəfə alınacaq”.
Xatırladaq ki, husilər daha əvvəl də Qırmızı dənizdə mülki və hərbi gəmilərə hücumlar təşkil edib. Onlar bu hücumları Qəzza zolağında İsrailin hərbi əməliyyatlarına cavab olaraq əsaslandırırlar.
2024-cü il martın 15-nə keçən gecə ABŞ, Qırmızı dənizdə gəmiçiliyin bərpası məqsədilə Yəmənə hava zərbələri endirməyə başlamışdı. Mayın 6-da ABŞ prezidenti bəyan etmişdi ki, əməliyyatın məqsədləri əldə olunub və husilər hərbi təzyiq altında “təslim olub”. Lakin buna baxmayaraq, husilər gəmilərə hücumlarını davam etdirir. İsrail hakimiyyəti ABŞ-dan Yəmənə qarşı hərbi əməliyyatların bərpasını tələb edir.
Poliqon.info