"Real Madrid" maaş tələbini aşağı salmasa, gələn yay Vinisius Juniorla yolları ayırmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "kral klubu"nun prezidenti braziliyalı futbolçunun yerinə Erlinq Haalandı gətirmək istəyir. Onun xəyalında Haaland və Kilian Mbappenin birlikdə oynadığı komanda var.

Bu barədə "Cadena SER" məlumat yayıb.

Haaland 2022-ci ildən "Mançester Siti"də çıxış edir. O, "şəhərlilər"in heyətində 146 oyunda 124 qol vurmağı bacarıb.

Əlavə edək ki, onun klubla müqaviləsi 2034-cü ilin yayına qədərdir.