AZ

Azərbaycan hansı ölkələrdən qovun alır?

2025-ci ilin yanvar-may aylarında Azərbaycana ümumilikdə 78,78 ton qovun idxal olunub.

Valyuta.az xəbər verir ki, bu idxal üçün cəmi 59,14 min ABŞ dolları məbləğində vəsait sərf edilib.

Məhsul əsasən Braziliya, Çin, İran İslam Respublikası, Kosta-Rika və Türkiyədən idxal olunub.

Ən böyük idxal həcmi İran İslam Respublikasının payına düşüb. Bu ölkədən 59,34 ton qovun gətirilib və 41,54 min dollar xərc çəkilib. Beləliklə, İran mənşəli qovunun hər kiloqramı 0,70 dollar və ya 1,19 manata başa gəlib.

İdxalın digər hissəsi Braziliya, Çin, Kosta-Rika və Türkiyə ilə bağlı olub. Braziliyadan 8,27 ton məhsul gətirilib və bu partiya üçün 8,31 min dollar ödənilib. Buradan gətirilən hər kiloqram qovun 1,00 dollar və ya 1,70 manat təşkil edib.

Çindən idxal olunan 1,98 ton məhsul üçün 1,98 min dollar xərclənib və bu da hər kiloqram üçün 1,00 dollar və ya 1,70 manat deməkdir. Kosta-Rikadan gətirilən 2,94 ton qovun da eyni maya dəyəri ilə – 1,00 dollar və ya 1,70 manatla başa gəlib.

Türkiyədən idxal edilən 6,25 ton məhsul üçün isə 4,37 min dollar ödənilib və bu partiyanın hər kiloqramı 0,70 dollar və ya 1,19 manat olub.

Sərvanə Rəmixanova

Seçilən
23
valyuta.az

1Mənbələr