Gümrüdə şəhər mərkəzindəki fəvvarənin “Dolya Vorovskaya” mahnısının sədaları altında fontan vurması Ermənistanda əsl şok yaradıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Ermənistanın Baş naziri Paşinyan paylaşım edib:
“Oğrular fəvvarələrlə oynamamalıdır, həbsxanada olmalıdır”.
Ardınca Ermənistan Ərazi idarəetmə naziri Davit Xudatyan da məsələ ilə bağlı sosial şəbəkədə paylaşım edib.
“Gümrü şəhər hökuməti “havadan” fəvvarə alıb və indi onunla nə edəcəyini bilmir. Məsləhət görərdim ki, indiki rüsvayçı kriminal subkulturanı tərənnüm edən mahnı ilə bir daha fontanı işə salmağa çalışmayın.
Ermənistan dövlətdir və dövlətin dadını hər gün ağzında hiss etməlisən”, - Xudatyan yazıb.