AZ

“Mədəni irsimiz: Örənqala- torpaq altında qalmış şəhər” adlı layihənin icrasına start verilib - FOTOLAR

“Qayıdış” ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsində qalib gəlmiş “Mədəni irsimiz: Örənqala- torpaq altında qalmış şəhər” adlı layihənin icrasına başlamışdır.

QHT.az xəbər verir ki, İctimai birliyinin Nizamnamə tələblərinə uyğun olaraq, tarixi maddi mədəniyyət abidələrimizi daha ətraflı öyrənməklə, qoruyub təbliğ etməklə mədəni irsimizə layiq olduğumuzu sübut etmək əsas vəzifəmizdir. Orta əsr dövr abidələrinin öyrənilməsi, təbliğ edilməsi, qədim mədəni irsə malik olan Azərbaycanımızı dünyaya  tanıtmaq baxımından indi çox aktualdır.

Azərbaycanımızın dilbər guşələrindən olan Beyləqan rayonunun ərazisi zəngin və çox qədim keçmişə malik olan yaşayış sahəsidir. Burda ən qədim dövrə məxsus yaşayış yerləri, tarixi abidələr mövcuddur. Belə qədim yaşayış məksənlərindən biri də,  şəhər mərkəzindən 17 kilometr aralıda yerləşən Örənqaladır.

Uzun illər aparılan arxeoloji qazıntılardan sonra, Örənqalanın qədim Beyləqan şəhərinin xarabalıqları olması  faktı təstiqini tapmışdır. Layihəyə sentyabr ayında yekun vurulacaqdır. Abidəyə həsr olunmuş “Örənqala torpaq altında qalmış şəhər” adlı rəngli kataloq hazırlanacaq və Beyləqanda rayon ziyalılarının iştirakı ilə Seminar təşkil ediləcəkdir. Kataloq seminar iştirakçılarına və rayon məktəblərinə əvəzsiz olaraq paylanacaq və  qədim tariximizin, arxeoloji abidələrimizin  təbliğ edilməsində mühüm əhəmiyyətə malik olmaqla bərabər, xalqımızın layiq olduğu tarixi imicinin, bu yerlərdə qədimlərdən məskunlaşdığının sübutuna və təbliğ edilməsinə xidmət edəcəkdir.

Seçilən
33
4
qht.az

5Mənbələr