AZ

İlon Mask "Samsung"la nəhəng müqavilə imzaladı - 16,5 milyard dollar...

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung İlon Maskın Tesla-sı ilə mikroelektronika istehsalına dair uzunmüddətli müqavilə imzalayıb.
Xəbər verilir ki, müqavilənin dəyəri 16,5 milyard dollardır və 2033-cü ilin sonuna kimi hesablanıb.

Agentliyin məlumatına görə, Tesla ilə yeni müqavilə Samsung-un mikroçip istehsalı bazarında mövqelərini itirməsi fonunda bağlanıb. Hazırda şirkət məhsullarına yüksək tələbat səbəbindən bütün müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməyən Tayvanın TSMC-dən fərqli olaraq, mikroelektronika istehsal güclərini tam yükləmək üçün kifayət qədər sifariş almır. Hər iki çip istehsalçısı 2 nanometrlik çiplərin istehsalına keçməyə hazırlaşır.


Seçilən
11
1
azia.az

5Mənbələr