AZ

Almaniyada sərnişin qatarı relsdən çıxıb: ölənlər və yaralananlar var...

Qəza zamanı qatarda təxminən 100 nəfər olub

Poliqon xəbər verir, Almaniyanın Ridlingen şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində bir neçə nəfər həlak olub. İlkin məlumata görə, hadisə zamanı qatarda təxminən 100 nəfər olub.

Qəza nəticəsində azı 3 nəfər həyatını itirib, 50-dən çox sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə meşəlik ərazidən keçən dəmir yolu hissəsində baş verib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr