AZ

“Qəbələ Yazarlarına Dəstək“ ictimai birliyi layihəsinin növbəti təlimini keçirib - FOTOLAR

“Qəbələ Yazarlarına Dəstək“ ictimai birliyi “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin növbəti təlimini keçirib.

QHT.az xəbər verir ki, "Qəbələ Yazarlarına Dəstək” ictimai  Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyinin  maliyyə dəctəyi ilə “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi çərçivəsində  növbəti  6-cı təlimini keçirmişdir. 14.07.2025-ci il tarixdə Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 14 nəfər ( bu təlimdə  bəzi iştirakçıların peşə təlimində olduqları, bəzilərinin gəzintiyə getdikləri üçün müvəqqəti iştirak etmir) yaradıcılıqla məşğul olmaq istəyən Benefisarlar üçün  növbəti təlim təşkil edilib.

Təlimi layihə rəhbəri Rəna Mahmudova açaraq təlimin gedişi barədə öz fikirlərini iştirakçılara çatdırmışdir. O, bildirdi ki, ARQHTDD Agentliyinin  maddi dəstəyi ilə başladığımız “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırıllması” layihəsi uğurla davam edirir:

"Artıq iyun və iyul aylarında 6-cı təlimdir ki, keçirilir. Bizdən asılı olmayan səbəbdən dəyişiklik olmasa avqustun 18-i tarixində təlimlərimiz yekunlaşaçaq. Mən əminəm ki, digər təlimlərimiz də yüksək səviyyədə keçiriləcək, qarşıya qoyduğumuz məqsədə- təlimdə iştirak edən iştirakçıların yaradıcılıq sahəsində uğurlar qazanmasına nail ola biləcəyik".

Sonra Təlimçi Fəxrəddin Babayev bildirdi ki, bu günkü təlimdə klassik  şeir nümunələrindən- qəzəl, qəsidə, məsnəvi  oxşar və  fərqli  cəhətlərindən söhbət açacağıq. Bir saatlıq təlim zamanı F. Babayev müxtəlif şairlərin şeirlərindən nümunələr gətirərək təlimi maraqlı və diskusiya şəklində davam etdirdi.

Maraqlı keçən təlimdəm sonra iştirakçılara çay, kofe stolu təklif edildi. İştirakçılar çay stolu ətrafında yazdıqları şeirləri qiraət etdilər. Təlimçi iştirakçıların şeirlərini, qiraətlərini dinlədikdən sonra iştirakcılara lazımi məsləhətlərini verdi. Fasilədən sonra iştirakçılarla gündəlikdəki mövzu davam etdirilmişdir. Layihə rəhbəri növbəti təlimin ayın 21.07.2025-ci il tarixdə saat 10:00-da QDTPM-də keçiriləcəyini  iştirakçıların  nəzərinə çatdırıb.

Seçilən
39
2
qht.az

3Mənbələr