Pekin, 28 iyul, AZƏRTAC
Çinin şimalımdakı Hıbey əyalətində şiddətli yağışlardan yaranan torpaq sürüşməsi nəticəsində azı 4 nəfər ölüb, 8 sakin itkin düşüb.
AZƏRTAC əyalət hökumətinin açıqlamasına istinadla xəbər verir ki, təbii fəlakət Çende şəhərini Luanpin rayon ərazisində səhər erkən saatlarda baş verib. Sürüşmə nəticəsində bir neçə ev torpaq kütləsi altında qalıb.
İtkin düşənlərin axtatışları davam edir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin