İnnovativ və insanyönümlü yanaşma ilə hazırlanmış "Yuvam" Azərbaycanın ilk tamamilə rəqəmsal könüllü ev sığortası məhsuludur və artıq istifadədədir. Müasir həyat tərzini və insanın öz evinə bağlılığını nəzərə alaraq hazırlanmış bu məhsul, istifadəçilərə tam onlayn şəkildə evini “Yuvam”ın qayğısına həvalə etmək fürsəti yaradır. İstifadəçi sadəcə bir neçə dəqiqə ərzində veb-sayt üzərindən qeydiyyatdan keçərək, ev sığortasını əldə edəcək.
Yuvam hər kəsə ehtiyacına uyğun seçim təqdim edir. Üç fərqli paket (Üzərlik, Gözmuncuğu, Nal) fərqli risk səviyyələrini və dəyən zərərin qarşılanması məbləğlərini əhatə etməklə, istənilən büdcəyə uyğundur.
Ənənəvi sığortadan fərqli olaraq, istifadəçilər ödənişlərini aylıq və ya illik abunə vasitəsilə həyata keçirirlər. Abunə bitdikdə avtomatik yenilənmə imkanı da mövcuddur.
“Yuvam”ın əsas üstünlüklərindən biri də hadisə baş verdikdə müraciət prosesinin də onlayn və asan şəkildə edilməsidir. Şəxsi kabinet üzərindən müraciət edən istifadəçilərə peşəkar komanda tam şəkildə yardımçı olur.
Yuvam, sığortanı gündəlik həyatın rahat bir hissəsinə çevirməyi və insanlara evlərini qorumağın nə qədər sadə və əlçatan olduğunu göstərməyi qarşısına məqsəd qoyur. Məhsulun bazara təqdimatı ilə yerli sığorta sektorunun rəqəmsallaşma istiqamətində daha da inkişaf etməsi və insanyönümlü məhsulların artmasına töhfədir.
Yuvam – "PAŞA Sığorta" ASC-nin innovativ brend məhsuludur. Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan şirkət 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holdinq" qrupunun üzvü olan "PAŞA Sığorta" 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta"nın uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.