ain.az, Oxu.az saytına istinadən bildirir.
İngiltərənin "Stok Siti" klubunun tarixi ərzində satışından ən çox gəlir əldə etdiyi futbolçuların adları açıqlanıb.
Oxu.Az xəbər verir ki, 5 nəfərlik siyahıda "Qarabağ" klubunun sabiq qolkiperi Asmir Beqoviçin də adı qeyd olunub.
2010-2015-ci illərdə İngiltərə Premyer Liqasında olarkən bu komandanın formasını geyinmiş bosniyalı qapıçı 2015-ci ildə 9.6 milyon funt sterlinq qarşılığında "Çelsi"yə keçib.
Tibo Kurtuaya əvəzləyici qismində transfer olunan Beqoviç iki il London klubunun şərəfini qoruyub.
"Çelsi"dən "Bornmut"a keçən tanınmış futbolçu 2019/20 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb.
Qeyd edək ki, "Stok Siti" tarixinin ən bahalı satışı Marko Arnautoviç (19.5 milyon funt-sterlinq) olub. Harri Suttar (14.9 milyon) ikinci, Xerdan Şaqiri (12.8 milyon) üçüncü, Natan Kollins (12.2 milyon) isə dördüncü sıradadır.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.