AZ

Putin gəncliyində kaskadyorluq edib

Rusiya prezidenti gənclik illərində sovet filmlərinə idmançı dostları ilə birlikdə çəkilib...

Poliqon xəbər verir, Rusiya prezidenti Vladimir Putinin 1970-ci illərdə filmlərdə kaskadyor kimi çəkildiyi məlum olub. Bu barədə məlumat 2017-ci ildə “Dojd” telekanalında yayımlanan “Piterlilər” adlı sənədli serialda səsləndirilib. Bildirilib ki, o dövrdə SSRİ-də kaskadyorlar tez-tez idman dərnəklərindən seçilirdi və Putin dostları ilə — samboçularla birlikdə filmlərdə iştirak edib.

Putinin yaxın dostu və “Vladimir Putinlə birlikdə cüdo öyrənirik” adlı kitabın həmmüəllifi Vasili Şestakovun sözlərinə görə, onlar birlikdə “Blokada”, “İjor batalyonu” və daha bir filmdə çəkiliblər. Şestakov əlavə edib: “Bizə yaxşı pul verirdilər — o vaxtlar bu pulla restorana gedə bilirdik”.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr