AZ

Bu sığorta sinifləri üzrə 5 milyon manatdan çox yığım var, ödəniş isə sıfır - SİYAHI

Yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bəzi sığorta sinifləri üzrə sığorta haqqı toplansa da, heç bir ödəniş olunmayıb.

Valyuta.az xəbər verir ki, toplanan sığorta haqqının həcmi 5 milyon 376 min manat olub. 

Sığorta haqqı toplanan, amma heç bir ödəniş olmayan sığorta sinifləri aşağıdakı kimidir:

Hava nəqliyyatı vasitələrinin sığortası: 1 milyon 652 min manat 

Su nəqliyyat vasitələrinin sığortası: 347 min manat

Dəmiryol nəqliyyat vasitələrinin sığortası: 22 min manat 

İşçilərin dələduzluğu sığortası: 86 min manat

Pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta: 43 min manat

İşəgötürənin məsuliyyət sığortası: 355 min manat

Yük daşıyanın mülki məsuliyyətinin sığortası: 10 min manat 

Su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası: 2 milyon 137 min manat

Mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası: 215 min manat

İşin dayanması ilə bağlı risklərdən sığorta: 475 manat

Digər icbari sığorta növləri: 34 min manat 

Ümumilikdə isə bu ilin ilk altı ayında sığorta şirkətləri tərəfindən 817 milyon 48 min manat sığorta haqqı toplanıb. 

Sığorta ödənişlərinin həcmi isə 432 milyon 198 min manat olub. 

Mayya Hüseynova

Seçilən
20
valyuta.az

1Mənbələr