Novxanı çimərliyində batan şəxslərlə bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
Xezerxeber.az xəbər verir ki, ötən gün Binəqədi rayonunun Novxanı-Pirşağı yolunun kənarında yerləşən “Novxanı” ictimai çimərliyində Rəvan Əliyev və Əli Cabbarovun boğularaq ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.