AZ

Azərbaycanlı futbolçudan vida paylaşımı

Azərbaycan millisinin futbolçusu Coşqun Diniyev “Çorum”a vida edib.

Futbolpress.az xəbər verir ki, klubla yolları ayrılan yarımmüdafiəçi sosial şəbəkə hesabında Türkiyə təmsilçisi ilə vidalaşıb:

“Birlikdə oynadığım komanda yoldaşlarıma, məşqçilərimizə, baş məşqçi Fettaha təşəkkür edirəm. Ümid edirəm ki, yolunuzun sonu çempionluq olar. Çorumun gözəl insanları, azarkeşlər haqqınızı halal edin”.

Coşqun bu ilin əvvəlindən “Çorum”da forma geyinirdi. O, 13 oyunda 2 qol vurub.

Yarımmüdafiəçi Azərbaycan yığmasının da üzvüdür.

Seçilən
8
futbolpress.az

1Mənbələr