AZ

Rusiya təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib

Rusiyanın İjevskdən Mahaçqalaya uçan Embraer 190 sərnişin təyyarəsi Xəzər dənizi üzərində qəza siqnalı göndərib.

KONKRET.az xəbər verir ki, təyyarə təhlükəsiz şəkildə Mahaçqala hava limanına enib.

“Flightradar”ın məlumatına görə, RA-02740 nömrəli təyyarə Qazaxıstan üzərindən uçduqdan sonra Moskva vaxtı ilə təxminən 23:46-da qəza siqnalı göndərib. Təyyarə qəza siqnalı işə salındıqdan təxminən bir saat sonra tədricən enməyə başlayıb. Təyyarədə baş verənlər barədə məlumat verilmir.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
68
konkret.az

1Mənbələr