AZ

İsrailin Qəzzaya hücumları: 13 fələstinli həlak olub

İsrailin Qəzza zolağına bu gün səhər saatlarından həyata keçirdiyi hava hücumları nəticəsində 13 fələstinli həlak olub.

Bakues.az xəbər verir ki, bombardmanlar əsasən Xan Yunus və Əl-Məğazi Qaçqınlar Düşərgəsindəki yaşayış evlərini hədəfə alıb.

“Zareb” və “Növfəl” ailələrinə məxsus evlərin vurulması nəticəsində 10 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb.

Hücumların humanitar yardım yollarını da bağladığı bildirilir. Fələstin rəsmiləri Qəzzada aclığın daha da dərinləşdiyini və hücumların soyqırım xarakteri daşıdığını bəyan edib.

Seçilən
22
icma.az

1Mənbələr