Bakı.Trend:
İlk baxışda bu, sadəcə bir rəy sorğusu kimi görünə bilər. Amma71 faiz - yəni bu qədər türkiyəli vətəndaşın ölkənin öz nüvəsilahına sahib olmasını zəruri sayması - təkcə narahatlıq ifadəsideyil. Bu rəqəm dərin bir dəyişimin əlamətidir: türkiyəcəmiyyətinin strateji düşüncə tərzi, alyanslara baxışı və gələcəkvizionu köklü şəkildə transformasiyaya uğrayır. Bu göstərici həm dəpost-soyuq müharibə dövrünün təhlükəsizlik memarlığına, nüvəsilahlarının yayılmaması üzrə qlobal konsensusa və beynəlxalqstatus-kvonun özünə bir çağırışdır.
Bu məqalədə həmin nəticənin arxasında duran amilləri, geosiyasifonu, ictimai rəyin necə formalaşdığını, türklərin hansı təhdidləriekzistensial olaraq qəbul etdiyini və nə üçün bu günə qədər tabusayılan bir mövzu - nüvə silahı sahibliyinin - artıq açıqmüzakirəyə çevrildiyini təhlil edəcəyik.
İran, İsrail və türkiyə cəmiyyətinin özünü müdafiəpsixologiyası
2025-ci ilin yazında İsrailin İranın nüvə obyektlərinə endirdiyizərbələr regionda zəlzələ effekti yaratdı. Gözləntilərin əksinəolaraq İran yalnız bəzi raketləri dəf etməklə kifayətlənmədi, eynizamanda ballistik raket imkanlarını nümayiş etdirərək İsrailin"Dəmir Qübbə" hava hücumundan müdafiə sistemini yarıb keçdi vəəhəmiyyətli infrastruktur obyektlərinə zərbə endirdi.
Bu hadisə yalnız Təl-Əviv və Vaşinqtonda deyil, Ankaraelitasında da şok effekti doğurdu. Türkiyə hərbi sahəyəmilyardlarla dollar investisiya etsə də, bir reallıqla üz-üzəqaldı: ən müasir hava hücumundan müdafiə sistemləri belə bəzən acizqala bilər.
2024-cü ildə Türkiyə müdafiə xərclərinə 20,4 milyard dollardançox vəsait ayırdı (SIPRI-nin məlumatına görə), bu göstərici iləregionun aparıcı hərbi güclərindən birinə çevrildi. Amma eynizamanda sorğuda iştirak edənlərin təxminən 48 faizi hesab edir ki,ölkə kütləvi raket hücumundan müdafiə oluna bilməz.
Buradan çıxan nəticə belədir: İsrail, Hindistan, Pakistan kimidövlətlərin (və yaxın gələcəkdə İranın) nüvə silahına sahib olması,Türkiyə kimi ön cəbhə mövqeyində yerləşən ölkələrdə yeni təhlükəanlayışını və “qorunmazlıq qorxusu”nu formalaşdırır.
NATO illüziyalarının dağılması və alyanslara olan inamınböhranı
Research Istanbul-un keçirdiyi sorğuya görə, respondentlərin 72faizi hesab edir ki, NATO mümkün bir təcavüz halında Türkiyəniqorumağa hazır deyil. Bu isə ictimai şüurda baş vermiş böyük birdəyişimin göstəricisidir. ABŞ və ümumilikdə Qərbin siyasətindənyığılan narazılıqlar, xüsusilə də Suriyada YPG adlı kürd silahlıqruplaşmalarına ABŞ tərəfindən göstərilən açıq dəstək - Ankaranınterrorçu hesab etdiyi qüvvələrə verilən yardım - bu inamsızlığınəsas səbəblərindəndir.
Formal olaraq Türkiyə NATO-da ABŞ-dan sonra ikinci böyük orduyasahibdir. Amma real vəziyyət ondan ibarətdir ki, Ankaranın stratejimaraqları getdikcə alyansın ümumi xəttindən uzaqlaşır.
Son illərin bir neçə nümunəsi:
- Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemialmasına görə ABŞ-ın F-35 qırıcılarını satmaqdan imtinaetməsi;
- Ankaraya qarşı Moskva ilə yaxınlaşma səbəbindən artan siyasitəzyiqlər;
- NATO üzvü Yunanıstana açıq dəstək göstərilməsi, xüsusilə dəEgey dənizindəki ərazi mübahisələri fonunda;
- Orta Şərqdən gələn miqrasiya təzyiqinə qarşı NATO-nun real vəeffektiv müdaxilə etməməsi.
Bütün bu hallar “atlantik çətirə” olan inamı sarsıtdı və türkiyəcəmiyyətində "strateji suverenlik" anlayışını ön plana çıxardı.
Atom güc simvolu kimi: cəmiyyətin nüvə konsensusu
Təəccüblüdür, amma bu gün nüvə silahına sahib olmaq ideyası,hətta əvvəllər hərbiləşməyə qarşı çıxan, dialoqu və barışıq yolunumüdafiə edən çevrələr arasında belə geniş dəstək tapıb.
Sorğular göstərir ki:
- Dindar və mühafizəkarlar arasında bu ideyanı dəstəkləyənlər 76faiz təşkil edir;
- Milliyyətçilər arasında bu göstərici 83 faizdir;
- Dindar olmayan, dünyəvi partiyaların tərəfdarları arasında isə65 faiz;
- Gənclər (30 yaşadək) arasında - 69 faiz.
Burada söhbət təkcə təhlükəsizlik axtarışından getmir. Buradasöhbət bərabərlik istəyindən gedir - “onlara olar, bizə niyə yox?”prinsipindən. Məhz bu kontekstdə Rəcəb Tayyib Ərdoğanın 2019-cuildə səsləndirdiyi məşhur fikri yenidən aktuallaşır:
“Bəzi ölkələrin nüvə silahı var və onlar bizə deyirlər ki, bizəolmaz. Mən bunu qəbul etmirəm.”
Bu ifadə unudulmayıb. Əksinə, bu gün artan Qərb-Türkiyəqarşıdurması fonunda həmin sitat bir növ bəşirət kimi səslənir.
Akkuyu, texnologiyalar və nüvə potensialı - harada bitir sülhatomu, haradan başlayır hərbi məqsəd?
Türkiyə hələlik rəsmi olaraq hərbi nüvə proqramı üzrə heç birlayihəyə start verməyib. Amma “Akkuyu” AES-in inşası - təkcə OrtaŞərqdə deyil, bütövlükdə Avrasiya məkanında ən iri atom layihəsi -özü-özlüyündə bir sual doğurur: Türkiyənin texnoloji potensialıhara qədər gedə bilər? Harada başlayır sülhməramlı energetika,harada bitir strateji atom?
“Akkuyu” stansiyası Rusiya ilə tərəfdaşlıq çərçivəsində tikilirvə onun istismarı da rus operatorunun idarəsində olacaq. Ammastansiyanın inşası ilə yanaşı, yerli kadrların hazırlanması, atominfrastrukturlarının qurulması, mühəndislik və normativ bazanınformalaşdırılması - bütün bunlar birgə şəkildə ölkəyə gələcəkdə öznüvə imkanlarını müstəqil inkişaf etdirmək üçün zəminhazırlayır.
Üstəlik, Türkiyə bununla kifayətlənmək fikrində deyil. Hökumətartıq Sinop və Trakiyada daha iki atom elektrik stansiyası inşaetməyi planlaşdırır. Bu dəfə layihədə Yaponiya, Cənubi Koreya vəÇin iştirak edəcək. Nə qədər çox stansiya varsa, bir o qədər çoxmütəxəssis, sentrifuqalar, zənginləşdirilmiş uran, reaktor gücü vənəticədə - “ikili texnologiyalar” riski artır.
Türkiyəli hərbi ekspertlərdən biri “Hürriyet” qəzetinəmüsahibəsində açıq şəkildə bildirib:
“Əgər sizdə döyüş başlığı yoxdursa belə, amma kadrınız,materialınız və texnologiyanız varsa, o zaman məsələ artıq yalnızsiyasi qərardan asılı olur”.
Regional presedentlər və dərs alınmalı nümunələr
Nüvə silahı tarixində saysız-hesabsız nümunələr var ki, ölkələratom proqramlarını “sülh pərdəsi” altında, paralel şəkildəhərbiləşdiriblər:
- İsrail bu günə qədər nüvə silahına malik olduğunu etirafetməyib, amma SIPRI-nin hesablamalarına görə, ölkənin 90-a yaxındöyüş başlığı var;
- Hindistan və Pakistan əvvəlcə mülki atom proqramı ilə başlayıb,paralel olaraq nüvə silahı sahiblərinə çevriliblər;
- İran illərlə öz proqramını “yalnız enerji məqsədli” adlandırıb,amma sürətlə hərbi proqram keçidi üçün bütün imkanları saxlayıb(təbii ki, bu, “breakout capability” adlanır).
Türkiyə sabah belə bir yola çıxsa, arqumentlər artıqhazırdır:
- qeyri-sabit və partlayışa hazır region;
- əhatəsində İsrail, İran, Pakistan, Rusiya kimi nüvə silahlıölkələr;
- NATO-nun effektiv müdafiəsinə olan inamsızlıq;
- özünü tək hiss edən bir dövlətin təbii müdafiə instinkti;
- və nəhayət, dövlət suverenliyinin müdafiəsi üçün beynəlxalqhüquqla təsbit olunmuş “müdafiə hüququ”.
Nüvə Türkiyəsi mümkündürmü?
Harvard Universitetinin Belfer Center mərkəzinin hesablamalarınagörə, Türkiyə siyasi qərar qəbul olunduğu halda 3 ildən 7 ilə qədərmüddətdə ilk nüvə başlığını yaratmaq gücündədir. Bu, bir neçəfaktordan asılıdır:
- zənginləşdirilmiş uranın daxili istehsalı və bunun ətrafındatexnoloji zəncirin qurulması;
- paralel və ya gizli hərbi proqramın hazırlanma potensialı;
- xarici güclərin reaksiyası - ya dəstək, ya da ən azıneytrallıq;
- elitaların və cəmiyyətin daxilən səfərbər olunması.
Ən böyük əngəl - beynəlxalq sanksiyalardır. Türkiyənin buistiqamətdə atacağı istənilən addım ABŞ, Aİ və MAQATE-nin sərtreaksiyasına səbəb olacaq. Amma Ankaranın bu cür təzyiqlərə necətab gətirdiyini zaman-zaman görmüşük - S-400 məsələsi, F-35proqramından çıxarılma, sanksiyalar fonunda iqtisadimüqavimət...
Kim formalaşdırır bu gündəmi?
Bu dəfə məsələ daha maraqlıdır. Əvvəllər belə həssas mövzularyuxarıdan, siyasi dairələrdən gündəmə gəlirdisə, bu dəfə vəziyyəttam tərsinədir: nüvə tələbi cəmiyyətdən gəlir. Aşağıdan yuxarıya.Televiziyalar, köşə yazarları, sosial media - hamısı bunarahatlığın güzgüsüdür.
Hakim koalisiyanın tərkibində olan Ədalət və İnkişaf Partiyası(AKP) ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) bir çoxtəmsilçiləri açıq şəkildə bildirirlər ki, “Türkiyə artıq kənardanmüşahidə edən yox, oyun qaydalarını müəyyən edən tərəfolmalıdır”.
2025-ci ilin iyununda MHP-dən olan millət vəkillərindən biriparlamentdə sərt şəkildə bildirdi:
“Biz o bir dövrdə yaşayırıq ki, beynəlxalq hüquq işləmir. Bizgörürük: nüvə silahı yeganə vasitədir ki, real şəkildə aqressiyanıdayandıra bilir. Bunu açıq müzakirə etməyin vaxtı çatıb”.
Müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) isə bu mövzuda hələdə dəqiq mövqe formalaşmayıb. Amma siyasi analitiklər qeyd edir ki,hətta dünyəvi və liberal dairələrdə belə artıq milli təhlükəsizlikanlayışına yenidən baxılması labüddür.
Əlamətdar məqamlardan biri də odur ki, iqtidara qarşı sərtmövqeyilə tanınan “Halk TV” kanalı 2025-ci ilin iyulunda belə birveriliş yayımladı: “Nüvə silahı Türkiyənin özünü qoruması üçünyeganə yol ola bilərmi?”
Kütləvi informasiya vasitələri də mövzuya ciddi şəkildə qoşulub.Yeni Şafak, Sabah, Milliyet, Türkiye kimi qəzetlərin redaksiyaməqalələrində artıq bu fikirlər gündəlik hal alıb:
- Türkiyə başqalarının təminatlarına arxalanmaqdan imtinaetməlidir;
- Nüvə silahı - qlobal təhlükəsizlik arxitekturası çökərsə,yeganə “sığorta”dır;
- Nüvə silahı - yeni “müstəqil müdafiə doktrinasının” ayrılmazhissəsinə çevrilə bilər.
Dünya necə reaksiya verəcək?
Əgər sabah Türkiyə rəsmi şəkildə hərbi nüvə proqramınabaşladığını bəyan etsə, bu, Şimali Koreya və İran nümunələrindənsonra qlobal qeyri-proliferasiya sisteminin ən ağır böhranınaçevriləcək.
ABŞ buna biganə qala bilməz. Amma reallıq budur: Vaşinqton artıqAnkaraya təzyiq alətləri baxımından əvvəlki qədər güclü deyil:
- Türkiyənin F-35 proqramından çıxarılması;
- hərbi təchizat üzrə ixrac məhdudiyyətləri;
- Konqresdə Rusiyayla, İranla, Çinlə münasibətlərə dair artantənqidlər;
- və kürd məsələsində illərlə davam edən qeyri-müəyyənlik.
Avropa İttifaqı isə sanksiyalarla hədələyə bilər. Amma miqrasiyaböhranı, qaz danışıqları və Türkiyənin tranzit imkanları fonundaBrüsselin əli də o qədər güclü deyil. Xüsusən Almaniya, İtaliya vəİspaniyanın Türkiyədən iqtisadi asılılığı fonunda...
Rusiya məsələyə “narahatıq” bəyanatlarıyla yanaşacaq, amma realaddımlar atacaqmı? Çətin. “Akkuyu” AES, “Türk Axını” kimi layihələrfonunda Moskva ilə Ankara arasındakı strateji əməkdaşlıq heç dəzəif deyil. Üstəlik, ABŞ-ın bölgədəki təsirinə qarşı “nüvəTürkiyəsi” Moskvanın da maraqlarına cavab verə bilər.
Pekin - ənənəvi taktikasına uyğun olaraq gözləmə mövqeyindəolacaq. Çin həm Mərkəzi Asiyadakı nüvə balansını, həm dətexnologiyaların yayılma risklərini diqqətlə analiz edəcək.
Ən sərt reaksiya isə şübhəsiz ki, İrandan gələcək. Onsuz daTürkiyə ilə İran arasında İraq, Suriya, Cənubi Qafqaz və Zəngəzurmövzularında ciddi ziddiyyətlər mövcuddur. Türkiyənin DNTN-dənçıxması və hərbi nüvə proqramına başlaması halında İran uranzənginləşdirməsini sürətləndirə, region isə “nüvə bozluğuna” girəbilər.
Nüvə Türkiyəsi gerçəkləşərsə regionu nə gözləyir: dəhşətbalansımı, yoxsa fəlakət?
Rəqəmlər soyuqdur, amma onların arxasında vulkan kimi qaynayanhisslər, strateji instinktlər və qorxu ilə ümid arasında əzilmişregion xalqlarının ruh halları durur. 71 faiz - bu, sadəcə birstatistik göstərici deyil. Bu, II Dünya Müharibəsindən sonraqurulmuş beynəlxalq təhlükəsizlik sisteminə olan inamsızlığın,dünyanı idarə edən beş nüvə dövlətinə qarşı psixoloji üsyanın və“biz də varıq” hayqırtısının simvoludur.
Bu gün Türkiyə tarixi dönəmdədir. Rəsmi Ankaranın hələlik bubarədə konkret qərarı yoxdur. Amma cəmiyyət artıq “sinyal” verib.Vətəndaşın könlündə “atom qalxanı” arzusu doğulubsa, gec-tez buistək siyasi qərara çevriləcək. Və bu, təkcə Türkiyənin yox, bütünregionun taleyini dəyişəcək.
Strateqlərin arqumenti: dəhşət balansı və qorxu sabiti
Nüvə silahı tərəfdarları klassik bir prinsipi əsas götürürlər -“qarşılıqlı təmin edilmiş məhv” (Mutually Assured Destruction).Vaxtilə ABŞ-la SSRİ-ni açıq müharibədən qoruyan bu formula bu günTürkiyə üçün də cazibədar görünür. Əgər hər iki tərəf qarşılıqlışəkildə bir-birini tam məhv edə bilirsə, heç kim atəş açmağacəsarət etmir.
Nə qazanır Türkiyə?
- Ölkə hər cür birbaşa hücum üçün toxunulmaz olur;
- Yunanıstan, İsrail, İran və hətta Rusiya qarşısında “ikilifikirləşmək məcburiyyətində qalır”;
- NATO artıq təhlükəsizlik məsələsində Türkiyəni şantaj edəbilməz;
- Türkiyə nüvə beşliyi (P5) ilə bərabər səviyyədə danışmaq hüququqazanır, beynəlxalq prestiji xeyli artır.
Yəni sadə dillə desək, Ankaranın səsi daha ucadan çıxacaq. Heçkim onu saymazlıq edə bilməyəcək.
Əks arqumentlər: Domino effekti və geosiyasi partlayış riski
Amma medalın tərs üzü də var. Nüvə Türkiyəsi regional zəncirreaksiyasına səbəb ola bilər. Ərəb monarxiyaları - xüsusən SəudiyyəƏrəbistanı, BƏƏ, Misir - paritet tələb edə bilərlər. Bu ölkələronsuz da illərdir İranın nüvə proqramından narahatdırlar. ƏgərTürkiyə də bu yola girsə, ərəb dünyasında nüvə silahlanmasıyarışına start verilə bilər.
Daha da təhlükəlisi - texnologiyanın “sızması” ehtimalıdır. Nəqədər çox reaktor, uran, mütəxəssis və texnologiya varsa, bir oqədər də onların ekstremist qrupların əlinə keçmə riski artır.
Bununla yanaşı:
- Cənubi Qafqaz artıq kifayət qədər həssas bölgədir. Nüvəkontekstində Ermənistan, İran, Türkiyə, Azərbaycan arasında yenibalanslar formalaşa bilər;
- Balkanlar - tarixi münaqişələrlə yüklü coğrafiya - yenidəngərginlik zonasına çevrilə bilər;
- Şərqi Aralıq dənizi isə həm enerji savaşlarının, həm də hərbibalansın partlayış nöqtəsinə yaxınlaşa bilər.
Tarixi paralel: Pakistanın yolu, Türkiyənin seçimi
Necə ki, Pakistan 1998-ci ildə “Hindistana qarşı İslam gücü”şüarı ilə nüvə silahını əldə etdi, Türkiyə də “milli iradəyəəsaslanan strateji qalxan” ideyası ilə bu yola çıxmağa hazırgörünür. Amma fərq bundadır ki, Pakistan beynəlxalq sisteminperiferiyasında idi, Türkiyə isə sistemin öz daxilində, NATO üzvükimi mövqe tutur.
Bu, həm üstünlükdür, həm də təhlükə. Çünki Türkiyənin belə biraddımı - əgər atılarsa - beynəlxalq hüququn, NPT sisteminin, NATOmexanizmlərinin əsaslarına sarsıdıcı zərbə ola bilər.
Əgər bir vaxtlar nüvə Türkiyəsi utopiya sayılırdısa, bu günartıq reallığa çevrilmək üzrədir. Və əsas məsələ ondan ibarətdirki, bu proses yuxarıdan süni şəkildə idarə edilmir - xalq özü tələbedir. Elitalar isə bu çağırışı eşitməyə məcburdur.
Dünya bir daha “düzən” və “ədalət” anlayışları arasında seçimetməlidir. Əgər beynəlxalq sistem nüvə bərabərliyi yaratmaq əvəzinəbirilərə icazə, digərlərinə qadağa qoyursa, “nüvə ədaləti” deyilənanlayış da legitimliyini itirir.
Ona görə də sual artıq belə səslənir:
Və görünən odur ki, bu sualın cavabı heç də uzaq gələcəyin yox,yaxın illərin gündəmindədir.