AZ

Rusiya altı ayda 529 Qazaxıstan vətəndaşını müharibəyə göndərib

Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin başlatdığı “Yaşamaq istəyirəm” layihəsinə əsasən 2025-ci ilin ilk altı ayında Rusiya Ukraynaya qarşı döyüşmək üçün ən azı 529 Qazaxıstan vətəndaşını cəbhəyə göndərib. Bu, 2022-ci ilin fevralından bəri qeydə alınan ən yüksək rəqəmdir.

Hafta.az-ın yazdığına görə, yazda “Yaşamaq istəyirəm” layihə komandası əcnəbilərin Rusiya ordusunda iştirakını sənədləşdirən məlumatları dərc etməyə başlayıb. Bura Ukraynaya qarşı müharibədə muzdlu kimi xidmət etmiş 661 Qazaxıstan vətəndaşının adı var. Bu məlumat ictimaiyyətə açıqlandıqdan sonra qazax xalqı qəzəblə reaksiya verib. Məsələ ilə bağlı Qazaxıstanın Kiyevdəki səfirliyinin birinci katibi Baurjan Beqalimov Ukrayna Hərbi Əsirlərlə Müalicə Koordinasiya Mərkəzinin rəsmiləri ilə görüşüb. Görüşdə Qazaxıstan nümayəndəsi Ukrayna tərəfini əmin edib ki, Astana muzdlulara qarşı qaldırılan işlərə nəzarət edəcək və öz vətəndaşları arasında lazımi məlumatlandırma işləri aparacaq.

Lakin layihə rəsmiləri qeyd edirlər ki, bütün bunlara baxmayaraq, Rusiya Qazaxıstan vətəndaşlarını müharibəyə göndərmə səylərini daha da artırıb. Layihə qrupu bəyan edib ki, 2025-ci ilin ilk altı ayında ən azı 529 Qazaxıstan vətəndaşı Ukraynaya qarşı döyüşmək üçün Rusiya ordusu ilə müqavilə imzalayıb. Kəşfiyyat məlumatlarına görə, Rusiya bu şəxslərə təxminən 2 min dollar ödəyir və onları cəbhə xəttində “ucuz, birdəfəlik resurs” kimi görür.

Seçilən
30
hafta.az

1Mənbələr