ABŞ Avropa İttifaqı ilə əldə olunan ticarət razılaşmasına əsasən polad və alüminiuma tətbiq edilən 50%-lik rüsumları qaldırmayacaq, lakin gələcəkdə bu mallara tətbiq edilən tariflər azaldıla bilər.
Editor.az “The New York Times”-a istinadla xəbər verir ki, Vaşinqton və Brüssel arasında əldə olunan razılaşmanın nəticələrini təfərrüatlı şəkildə yazır. Bildirilib ki, Tramp administrasiyasının polad və alüminiuma 50% qlobal tarifləri razılaşmanın bir hissəsi olmadığını deyib.
ABŞ prezidenti iyulun 27-də Şotlandiyada Avropa Komissiyasının sədri ilə görüşündə ABŞ və Avropa İttifaqının ticarət sazişi üzərində razılığa gəldiyini açıqlayıb. Prezident bunu “bir çox ölkə ilə böyük razılaşma” kimi qiymətləndirib, bazarlarını ABŞ ilə sıfır tarifli ticarətə açacaqlarını əlavə edib.
Ağ Ev prezidenti həmçinin bəyan edib ki, Aİ ABŞ-dan 750 milyard dollar dəyərində enerji resursları alacaq və Amerika iqtisadiyyatına əlavə 600 milyard dollar sərmayə yatıracaq.
//Gülnarə Abasova, Editor.az