I Liqada mübarizə aparan «Cəbrayıl»a yeni baş məşqçi təyin olunub. Ötən mövsüm çempinatda debüt etmiş klub Bəxtiyar Soltanovu sükan arxasına gətirib. Bu yay futbolçu karyerasını başa vuran Soltanovla birillik müqavilə imzalanıb.
O, bu vəzifədə Əli Muradovu əvəzləyib. İkinci ötən ilin noyabrından komandanın başında idi. Formal da olsa.
«Cəbrayıl»ı keçən sezon Cavid Hüseynov və Təmkin Xəlilzadə çalışdırıb. Sadəcə, Ə.Muradovun «A» kateqoriyalı lisenziyası olduğundan, baş məşqçi olaraq sənədlərdə onun adı göstərilirdi.
SPORTİNFO.AZ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta