AZ

Rusiya: Danışıqlar Trampın şərtləri ilə başa çatdı

BAKI, 28 iyul. TELEQRAF

“Avropa Komissiyasının sədri Ursula fon der Leyen ABŞ Prezidenti Donald Trampla ticarət danışıqları zamanı dərsdən qaçan məktəbli qıza bənzəyirdi”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev deyib.

“ABŞ-Avropa İttifaqı ticarət danışıqları Trampın şərtləri ilə başa çatdı. Fon der Leyen onun qarşısında dərsdən qaçan məktəbli kimi əyləşmişdi, çatışmayan tək şey “çılğın ata” idi”, - siyasətçi bildirib.

Xatırladaq ki, iyulun 27-də Donald Tramp Ursula fon der Leyen ilə görüşdən sonra ABŞ və Aİ-nin ABŞ-yə idxal edilən bütün Avropa mallarına 15 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlamışdı.

Seçilən
5
2
teleqraf.com

3Mənbələr