Auterion ABŞ-Pentaqon müqaviləsi əsasında təhlükəsizlik yardımı çərçivəsində təchizat həyata keçirəcək
ABŞ-Alman şirkəti Auterion Rusiya hava hücumlarına qarşı mübarizə üçün Ukraynaya 33 minədək süni intellektlə işləyən dron müdafiə modullarını bu ilin sonunadək tədarük edəcək.
Poliqon xəbər verir ki, şirkətin baş direktoru Lorenz Mayer Financial Times nəşrinə verdiyi müsahibədə yeni Pentaqon müqaviləsi ilə bağlı məlumat verib.
Bu sistemlərin siqnalını pozmaq mümkün deyil və onlar hədəfi 1 km məsafədən izləyə bilirlər.
ABŞ Müdafiə Nazirliyi Auterion ilə bu sistemlərin çatdırılması üçün təxminən 50 milyon dollarlıq müqavilə imzalayıb. Sənəd ABŞ hökumətinin Ukraynaya təhlükəsizlik sahəsində yardım proqramının bir hissəsidir.
Poliqon.info