Özbəkistan Dövlət Statistika Agentliyinin iyul ayında açıqladığı rəsmi məlumatlara görə, ölkə əhalisi son bir ildə 2 faiz artaraq 37 milyon 859 min 700 nəfərə çatıb.
Hafta.az-ın yazdığına görə, əhalinin yarıdan çoxu - 19 milyon 296 min 400 nəfəri şəhərlərdə, 18 milyon 563 min 300 nəfəri isə kəndlərdə yaşayır. Əhalinin 50,4 faiz kişi və 49,6 faiz qadınlardır.
Statistikaya görə, Özbəkistanda əhalinin sıxlığı 2025-ci il iyulun 1-nə bir kvadratkilometrə 84,3 nəfər olub. Hansı ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 82,7 nəfər idi. Bu, ötən il ərzində 1,6 nəfər artım deməkdir. Statistika institutu Özbəkistanda əhalinin artım dinamikasını nəzərə alaraq demoqrafik siyasət hesabatlarının yaxın aylarda dərc ediləcəyini açıqlayıb.