Yazını böyüt
Yazını kiçilt
Bodrumun Konacık məhəlləsindəki Atatürk Bulvarında məşhur sənətçi İbrahim Tatlısəsin qızı Dilan Çıtakın idarə etdiyi pikap avtomobili qəza zolağından keçərək yolda ciddi təhlükə yaradıb. Yol polisi xəbərdarlıq edilərək Çıtakı saxlamağa cəhd edib.
Hafta.az-ın yazdığına görə, pikapla qaçmağa çalışan Çıtak polisin saxla əmrinə tabe olmayıb. Polis avtomobili dayandırmaq üçün havaya iki atəş açıb. Hadisə yerinə çox sayda polis əməkdaşları göndərilib.
Qısa müddətdən sonra Çıtak maşından düşüb başqa maşına minib. Daha sonra o, öz pikap maşınına qayıdaraq qapıları içəridən bağlayıb.
Çıtak hadisə zamanı mətbuat mənsublarını da təhqir edib.
Polis Çıtakı qanuni tədbir görülməsi üçün Polis Şöbəsinə aparıb.