AZ

"Zirə"yə bəd xəbər: Konate uzun müddətə sıradan çıxdı, Mutsinziyə isə...

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyada "Hayduk"la üz-üzə gələcək "Zirə" Splitdəki görüşə ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat sözçüsü Elmar Abdullazadənin Fanat.Az-a verdiyi məlumata görə, Bakıdakı ilk oyunda zədələnərək erkən əvəzlənən Brahim Konate uzun müddətə sıradan çıxıb.

Həkimlər 28 yaşlı fransalı yarımmüdafiəçinin 6-7 həftə komandaya kömək edə bilməyəcəyinə qərar veriblər. Bu o deməkdir ki, "Zirə"nin yeni transferi Azərbaycan Premyer Liqasında da mövsümün startını boşa verəcək.

"Hayduk"la Bakıdakı görüşdə zədələnən daha bir "Zirə"li oyunçu - Ange Mutsinzi də cavab görüşündə olmayacaq. Ancaq bu, onun zədəsi ilə bağlı deyil. Belə ki, ruandalı müdafiəçiyə viza verilməyib.

Qeyd edək ki, "Hayduk" - "Zİrə" matçı iyulun 31-də Splitdəki "Polyud" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Tərəflərin ilk qarşılaşmasında qalib müəyyənləşməyib (1:1).

Mirağa

Seçilən
17
1
fanat.az

2Mənbələr