AZ

Ukrayna Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb

Ukrayna Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakını dayandırıb.

Herbiand.az bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Biz Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə üzrə öhdəliklərin icrasının dayandırılması təşəbbüsü ilə çıxış etdik - bu, piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasının dayandırılmasından sonra bizi gücləndirmək üçün növbəti addımdır”, - Nazirlik qeyd edib.

Bu Müqavilə Atlantik Okeanından Ural dağlarına qədər Avropa zonasında döyüş tanklarının, döyüş zirehli texnikasının, 100 mm və daha yüksək çaplı artilleriya sistemlərinin, döyüş təyyarələrinin və hücum helikopterlərinin sayına məhdudiyyətlər qoyur. 1990-cı illərin əvvəllərində imzalanıb və 30-a yaxın dövlət iştirakçı olub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
herbiand.az

1Mənbələr