Yunanıstanın “Aris” klubu Konfrans Liqasının II təsnifat mərhələsinin “Araz-Naxçıvan”la cavab oyunu üçün hazırlıqlarını davam etdirir.
Futbolpress.az xəbər verir ki, komandanın son məşqinə yeni transferlər Tino Kadevere, Qabriel Mise və Noa Sonko da qoşulub. Komanda məşqi ikitərəfli oyunla yekunlaşdırıb.
Yeni transferlərdən hücumçu Tino Kadevere “Araz-Naxçıvan”la məşqdə iştirak edə bilər. Qabriel və Noa isə oyunlar üçün əvvəlcədən sifariş edilməyib.
“Araz-Naxçıvan” Bakıda keçirilən ilk oyunu qazanıb – 2:1. Cavab görüşü iyulun 31-də Salonikidə baş tutacaq.