AZ

Pakistanda fəlakət! Yüzlərlə insan həlak oldu, çox sayda yaralı var

Hurriyyet.az xəbər verir ki, Pakistanda iyunun axırından indiyə qədər musson yağışların yağması nəticəsində azı 279 nəfər həlak olub, 676 nəfər yaralanıb. 

Bu barədə Pakistan mətbuatı məlumat verib.

Yağıntılardan yaranan sel suları 1.5 mindən artıq tikilinin zərər çəkməsinə səbəb olub. Yüzlərlə insan təxliyə edilib. Heyvandarlıq və kənd təsərrüfatı sahələrinə böyük zərər dəyib.

Cənubi Asiyada musson mövsümü iyundan sentyabra qədər davam edir.

Hürr Tərcüman

Seçilən
32
1
hurriyyet.az

2Mənbələr