AZ

Rusiya donanması “Knyaz Pojarski” nüvə enerjili strateji sualtı qayığı ilə güclənib

İyulun 24-də “Sevmaş”da 955A layihəsinin (kod adı “Borey-A”) “Knyaz Pojarski” nüvə enerjili strateji sualtı qayığının Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilməsi mərasimi keçirilib.

Herbiand.az bildirir ki, tədbirdə Rusiya prezidenti Vladimir Putin, baş nazirin birinci müavini Denis Manturov, Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Aleksandr Moiseyev və digər rəsmi şəxslər iştirak ediblər.

“Knyaz Pojarski” 16 bərk yanacaqlı “Bulava” qitələrarası ballistik raketləri ilə silahlanıb, həmçinin 533 mm-lik torpedo boruları ilə təchiz olunub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
31
herbiand.az

1Mənbələr