AZ

Onlar da Qəbələyə getdi

Növbəti mövsüm Premyer Liqa üçün hazırlıqlarını davam etdirən “İmişli” hazırlığın ikinci mərhələsinə start verir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi bu gün Qəbələyə yola düşüb. Komanda bir həftə müddətində məşqlərini orada davam etdirəcək. “İmişli”nin Qəbələdə yoxlama oyunu keçirməsi də nəzərdə tutulub.

Xatırladaq ki, əyalət klubu mövsümün hazırlıqlarına Mərdəkanda “Dalğa Arena”da start verib.

Qeyd edək ki, “Şamaxı”, “Sumqayıt” və “Qəbələ” klubları da yay toplanışını Qəbələdə davam etdirir.

 

Seçilən
16
1
idmanxeber.az

2Mənbələr