“İyulun 7-də ABŞ-nin Müdafiə naziri Pit Heqset və onun qətərli həmkarı Səud bin Əbdülrəhman Əl Tani tərəfindən imzalanan sənəddə razılaşmanın könüllü xarakter daşıdığı vurğulanır. Mətndə bildirilir ki, transfer “əməkdaşlıq ruhunda” heç bir korrupsiya əməli əlamətləri olmadan həyata keçirilir”,- xəbərdə deyilir.
Telekanalın və ABŞ Hərbi Hava qüvvələrinin (HHQ) məlumatına görə, təyyarənin modernləşdirilməsi 400 milyon dollardan az məbləğə başa gələcək.
![]() |
Qətər Trampatəyyarə hədiyyə etməyəcək |
Xatırladaq ki, mayın 19-da “Semafor” nəşri Qətərin hakim Al Tani ailəsinin ABŞ prezidenti Donald Trampa “hava sarayı” adlanan və dəyəri 400 milyon dollara çatan Boeing “747-8” təyyarəsi verdiyi barədə məlumat yaydı.
Jurnalistlər bunun ABŞ prezidentlərinin son 25 ildə aldığı bütün hədiyyələrin ümumi dəyərindən 100 dəfə çox olduğunu iddia edirlər.
Maraqlıdır ki, ABŞ prezidenti hədiyyə edilən təyyarə ilə bağlı ona sual verən jurnalisti “dəli” adlandırmışdı.
Sahil İsgəndərov
AzVision.az