Rusiya’nın Sankt-Peterburq şəhərində bu gün keçirilməsi planlaşdırılan Donanma Günü paradı ilə bağlı qeyri-müəyyənlik yaşanırdı. Şəhər hakimiyyəti cümə günü paradın ləğv edildiyini açıqlanıb, lakin daha sonra bu açıqlama silinib. Sankt-Peterburq Nəqliyyat Komitəsinin bəyanatında isə tədbirin Rusiya Müdafiə Nazirliyi tərəfindən təşkil edildiyi, buna görə də şəhər idarəsinin bu barədə açıqlama vermək səlahiyyətinin olmadığı bildirildi.
Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir.
Ləğvin səbəbi isə bu gün Kremlin verdiyi açıqlama ilə məlum oldu. Kremlin sözçüsü Dmitri Peskov ləğvin əsas səbəbi kimi “təhlükəsizlik” amilini göstərdi.
Rusiya xəbər agentliklərinin verdiyi məlumata görə, Peskov “Ümumi vəziyyətlə bağlı məsələdir. Təhlükəsizlik əsas prioritetdir” deyib. Kremlin isə təhdid və ya narahatlığın nə olduğu barədə detallı məlumat verməyib.
Xeyrənsə Piriyeva