AZ

ABŞ qoşunlarının üçdə birini Avropadan çıxara bilər

Vaşinqton Amerika qoşunlarının üçdə birini Avropadan çıxarmaq qərarına gələ bilər.

Operativ Media xəbər verir ki, bu barədə NATO-dakı mənbəyə istinadən “Politico” məlumat yayıb.

Qəzetin mənbəsi bildirib ki, Amerika kontingentinin Avropada əhəmiyyətli dərəcədə yenidən qruplaşdırılması mümkündür. ABŞ-nin Köhnə Dünyadakı hərbçilərinin sayı ilə bağlı yekun qərar qlobal qüvvələr balansının nəzərdən keçirilməsi nəticəsində veriləcək. Pentaqonun yekun hesabatının sentyabrda dərc olunacağı gözlənilir.

Nəşrdə qeyd olunduğuna görə, hazırda Avropada 90–100 min arası Amerika hərbçisi yerləşdirilib. ABŞ-nin Avropadakı hərbi kontingentinin planlaşdırılan ixtisarı Hind-Sakit okean regionunda gərginliyin artması, eləcə də Vaşinqtonun xaricdəki hərbi mövcudluğu ilə bağlı xərcləri azaltmaq niyyəti ilə əlaqələndirilə bilər.

Qeyd edək ki, ABŞ-nin dünyada 1000-ə yaxın hərbi bazası mövcuddur. 80-dən çox ölkədə ümumilikdə azı 170.000 Amerika əsgəri yerləşdirilib. Ən çox ABŞ hərbçisi Yaponiya, Almaniya və Cənubi Koreyada xidmət edir.

Seçilən
27
operativmedia.az

1Mənbələr