AZ

Azərbaycanda kiçik sahibkarlığa verilən kreditlərin həcmi açıqlanıb

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda kiçik sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 1,503 milyard manat təşkiledib.

Trend-inAzərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, ötənilin eyni dövrü ilə müqayisədə 54,6 milyon manat və ya 3,8%çoxdur.

Belə ki, ötən ilin iyun ayının sonunda Azərbaycanda kiçiksahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 1,449 milyardmanat idi.

Qeyd edək ki, bu ilin iyun sonuna Azərbaycan banklarının bizneskredit portfelinin həcmi 15,144 milyard manat təşkil edib.

Xatırladaq ki, cari ilin iyul ayının 1-nə olan məlumata görə,Azərbaycanda 12 min 200 kiçik sahibkarlıq subyekti fəaliyyətgöstərir. Ölkə üzrə kommersiya təşkilatlarının ümumi sayının 6%-inikiçik sahibkarlıq subyektləri təşkil edir. Onların əsas hissəsi“Ticarət; nəqliyyat vasitələrinin təmiri” (36%), “Tikinti” (10,9%),“Emal sənayesi” (9,8%) və “Peşə, elmi və texniki fəaliyyət” (8,0%)sahələrində yaradılıb.

Seçilən
35
1
az.trend.az

2Mənbələr