AZ

“Real” ondan qurtula bilmir: Getmək niyyəti yoxdur

David Alaba bu yay “Real Madrid”i tərk etməkdən imtina edib.

Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

Bildirilir ki, Xabi Alonsonun məşqçilər korpusu Alabanı “Real”ın mərkəz müdafiəçiləri iyerarxiyasında yalnız beşinci yerdə görür.

Klub 33 yaşlı avstriyalıya 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam verməyi təklif etsə də, müdafiəçi bundan imtina edib.

Çünki o, komandada ən yüksək maaşlardan birinə sahibdir – vergidən əvvəl ildə 22,5 milyon avro. “Real” Alabaya bu məbləğin yalnız bir hissəsini təklif edib, futbolçu isə bütün məbləği tələb edib.

Seçilən
19
publika.az

1Mənbələr