AZ

ABŞ Avropadakı hərbi qüvvələrinin sayını 30% azalda bilər

Amerika Birləşmiş Ştatları Avropada yerləşən hərbi qüvvələrinin sayını 30 faiz azaltmaq qərarına gələ bilər.

Doğru.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Məlumatda qeyd olunur ki, ABŞ-ın 2026-cı il üçün müdafiə büdcəsi layihəsi hazırda qüvvədə olan qanunvericiliklə Pentaqon rəhbərinin razılığı olmadan Avropada silahlı qüvvələrin sayının azaldılmasına imkan vermir.

Qeyd edək ki, daha əvvəl NATO-nun yeni baş katibi Mark Rutte ABŞ-ın Avropadakı hərbi kontingentini azaltmaq niyyəti ilə bağlı yayılan xəbərləri şayiə adlandırmışdı.

DOĞRU.AZ

Seçilən
25
dogru.az

1Mənbələr