AZ

EYOF-da 10 medal qazanan Azərbaycan komandası Bakıya qayıdıb - FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının (EYOF) cüdo yarışlarında uğurlu nəticə əldə edən idmançılarımız Vətənə qayıdıb.

İdman.biz xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, EYOF-da Azərbaycan komandası 3 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıb. Bu nəticə ilə komandamız medal qazan ölkələr arasında 17-ci yeri tutub.

İdman.biz

Seçilən
40
1
idman.biz

2Mənbələr